Qızıl dükanının sahibinin ölümü ilə bağlı cinayət işi başlandı - YENİLƏNİB - VİDEO
05.01.2016 16:12 Sosreaksiya 3464

Bakıda sahibkar qadının evində xüsusi amansızlıqla öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb.
"Reaksiya" APA-ya istinadən xəbər verir ki, bu barədə məlumat Bakı şəhər Prokurorluğundan verilib.
Məlumata görə, faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə qorxu ilə tələb etmə ilə əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb, cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
15:02
Bakıda evində ölü tapılan qadına 43 bıçaq zərbəsi vurulub.
"Reaksiya" APA TV-ə istinadən xəbər verir ki, hadisədən ilk olaraq öldürülən şəxsin qızı xəbər tutub, polisə də o məlumat verib.
İlkin araşdırma zamanı Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 17 ünvanında meyiti tapılan qadının 1960-cı il təvəllüdlü Məryəm Namədzadə olduğu müəyyənləşib.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Məryəm Namədzadə Bakıdakı məşhur “Jewellery” zinət əşyaları mağazasının sahibi olub.
Şərhlər