Səhiyyə Nazirliyi əhaliyə müraciət etdi

05.01.2016 15:12     Sosreaksiya     1760

“Qadağan olunmuş seriyalardan olan dərman preparatları mütəmadi olaraq aptek şəbəkələrindən çıxarılır”.

"Reaksiya" APA-ya istinadən xəbər verir ki, bu barədə məlumat Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilib.

Məlumata görə, bir sıra Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri mətbu orqanlarında illər boyu müxtəlif səbəblərdən ləğv edilmiş (qeydiyyatdan keçməmiş, istifadə müddəti bitmiş və. s) dərman preparatlarının siyahısını yerləşdirib: “Bu da əhali arasında çaşqınlığa səbəb olub”.

Səhiyyə Nazirliyi vətəndaşların diqqətinə çatdırıb ki, dərman bazarında vəziyyət stabildir, dərmanların, keyfiyyəti və təhlükəsizliyinə nəzarət daim diqqət mərkəzindədir.

Şərhlər