Dollar bahalaşdı, məşhur restoran bağlandı

05.01.2016 14:45     Sosreaksiya     1567

Manatın üzən məzənnəyə keçməsindən sonra artıq silsilə şəkildə müəssisə və özəl obyektlər fəaliyyətini dayandırmaqda davam edir. Bu obyektlərdən biri də "Opera SKY" restoranıdır.
 
"Reaksiya" cebhe.info-ya istinadən xəbər verir ki, paytaxtın Xətai rayonu Nobel prospekti - 15 ünvanında yerləşən "Opera SKY" restoranının  fəaliyyətinin dayandırılması ilə bağlı məsələyə aydınlıq gətirmək üçün obyektlə əlaqə saxlayıb. 
 
Obyektin əməkdaşı Mariya Bulqatova məsələ ilə bağlı heç nə deyə bilməyəcəyini, səlahiyyətlilərlə ancaq axşam saat 6-dan sonra əlaqə saxlanmağın mümkünlüyünü bildirib. Bu dəfə 
 
cebhe.info əməkdaşı sifarişçi qismində restoranla əlaqə saxlayıb. Sabah üçün "Opera SKY" da təxminən 20 nəfərlik yer sifariş etməyə cəhd edib.
 
Dəstəyi qaldıran Mariya Bulqatova artıq sifarişlərin qəbul edilmədiyini vurğulayıb. 
 
Səbəbini soruşduqda isə “Bu haqda heç nə deyə bilmərəm, sadəcə olaraq sifarişlər artıq qəbul edilmir” deyərək telefonu söndürüb.
 

Şərhlər