Bayram günləri yol qəzalarında 15 nəfər ölüb
05.01.2016 15:48 Sosreaksiya 2255

Bayram günlərində Azərbaycanın avtomobil yollarında 24 yol qəza hadisəsi baş verib.
"Reaksiya" Trend-ə istinadən xəbər verir ki, hadisələr nəticəsində 15 nəfər dünyasını dəyişib. Məlumata görə, dekabrın 31-də respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 3 nəfər ölüb, 10 nəfər yaralanıb.
Yanvarın 1-də baş verən 8 yol-nəqliyyat hadisəsində 17 nəfər yaralanıb. Yanvarın 2-də 3 yol-nəqliyyat hadisəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Yanvar ayının 3-də baş vermiş 3 yol qəzasında 2 nəfər ölüb, 6 nəfər yaralanıb, yanvarın 4-də isə 6 yol-nəqliyyat hadisəsində 9 nəfər ölüb, 6 nəfər yaralanıb.
Şərhlər