Bakıda binada baş verən yanğın söndürüldü - FOTOLAR

05.01.2016 16:54     Sosreaksiya     2595

Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxana binasında baş verən yanğın söndürülüb.

"Reaksiya" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nizami rayonunda beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m olan mənzilin yanar konstruksiyaları və 3-cü mərtəbədə yaşayan digər vətəndaşa məxsus mənzilin eyvanında quraşdırılmış kondisionerin mühərrik hissəsi yanıb. Yanğın zamanı mənzillərdən 20 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Mənzildən 1 ədəd 5, 1 ədəd 40 litirlik maye qaz balonları və digər mənzillər yanğından mühafizə olunub. Yanğın saat 15:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

15:57

Bakıda binada yanğın başlayıb.

"Reaksiya" AzVision.az-a istinadən xəbər verir ki, yanğın Nizami rayonunun İsmayıl Məmmədov küçəsində yerləşən binada başlayıb. Bina sakinləri eyvanlara çıxaraq pilləkənlərlə düşməyə çalışır. 

Hadisə yerinə Fövqəladə Hallar Naziriliyinin yanğınsöndürənləri gəlib. Hazırda binanın söndürülməsi istiqamətində iş görülür.



Şərhlər