Dekabr ayında mediada “fərqlənən” sığorta şirkətləri
06.01.2016 10:47 Sosreaksiya 1899

Media Təqib Mərkəzi 2015-ci ilin dekabr ayı üzrə sığorta şirkətləri ilə bağlı məlumatlar hazırlayıb.
2015-ci ilin dekabr ayında elektron mətbuatda, yəni sayt və portallarda sığorta şirkətləri ilə əlaqəli 1535 xəbər yerləşdirilib. Bunlardan 1393-ü neytral, 137-si mənfi, 5-i isə müsbət xəbərlərdir.
Qarant Sığorta (117 xəbər - ləğv olunub),
Azərbaycan Sənaye Sığorta (9 xəbər - vətəndaşları aldadıb) və Bakı Sığorta (5 xəbər - sürücünün ziyanını ödəməyib) şirkətləri mənfi xəbərlər arasında liderdirlər.
5 müsbət xəbər isə (sığorta şirkətinin beynəlxalq reytinq alması) AzSığorta şirkətinə məxsusdur.
Xəbər sayına görə sıralama:
Paşa Sığorta - 190 xəbər
Paşa Həyat Sığorta - 168 xəbər
Qarant Sığorta - 139 xəbər
AXA MBASK Sığorta - 105 xəbər
ATA Sığorta - 97 xəbər
Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 65 xəbər dərc edilib. Bu xəbərlərdən 60-ı neytral, 5-i isə mənfi xəbərlərdir. Mənfi xəbərlər arasında lider Qarant Sığorta (3 xəbər - ləğv olunub) şirkətidir.
Xəbər sayına görə sıralama:
Paşa Həyat Sığorta - 17 xəbər
Dövlət Sığorta Kommersiya Şirkəti - 5 xəbər
ATA Sığorta - 5 xəbər
Paşa Sığorta - 4 xəbər
Atəşgah Sığorta - 4 xəbər
Dekabr ayında televiziya kanallarında sığorta şirkətləri haqqında 1 xəbər göstərilib. Bu xəbər Qarant Sığorta şirkətinə məxsus mənfi xəbərdir.
Şərhlər