İstanbul-Bakı reysi yenə təxirə salındı

06.01.2016 11:01     Sosreaksiya     1712

Türk Hava Yolları (THY) 6-7 yanvar tarixlərində İstanbulun hava limanlarından daxili və xarici reyslər daxil olmaqla ümumilikdə 84 reysini təxirə salıb.
 
"Reaksiya" xəbər verir ki, bu barədə Türkiyənin "Hüriyyət" nəşri məlumat yayıb.
 
Təxirə salınan xarici reyslər arasında İstanbul-Bakı marşurutu da yer alıb.
 
Uçuşların təxirə salınmasına səbəb kimi İstanbulda ehtimal olunan güclü külək və leysan göstərilib.

Şərhlər