Şamaxı sakini donaraq öldü

06.01.2016 11:00     Sosreaksiya     1997

Şamaxı rayon sakini gecə şaxtalı havada soyuqdan donaraq ölüb. 

"Reaksiya" APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Nağaraxana kəndində qeydə alınıb.

Kənd sakini, 1992-ci il təvəllüdlü Elyayev Mixail Vladimiroviç ötən gecə qardaşı ilə spirtli içki qəbul edərək küçəyə çıxıb və qarlı-şaxtalı havada ayağı sürüşərək yıxılıb. Evə qayıda bilməyən Mixail Elyayev küçədə soyuqdan donaraq ölüb.

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Şərhlər