İyunun son bazarı hava necə olacaq?

27.06.2015 13:55     Sosreaksiya     1744

Bağlanış Mərasimi günü temperaturun ölkə ərazisində 40 dərəcəyə çatacağı gözlənilir

İyun ayının son bazar günü ölkə ərazisində dəyişkən buludlu hava gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, I Avropa Oyunlarının bağlanış mərasimi günü - 28 iyunda Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 31-36 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimal olunur. Havanın temperaturu gecə 20-25, gündüz 35-40, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti olacaq.

Qeyd edək ki, əvvəlcədən gözlənilən küləkli hava şəraiti ilə bağlı Avropa Oyunlarının proqramında da cüzi dəyişiklik olub. Velosiped yarışlarının final günü dəyişdirilib.

Şərhlər

Çox oxunanlar