İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin binasında ölüm hadisəsi baş verib

06.01.2016 12:19     Sosreaksiya     2105

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsində ölüm hadisəsi baş verib.

Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib. 1971-ci il təvəllüdlü Təranə Nağı qızı Cəfərova binadan düşərək ölüb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib.

Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsindən faktı təsdiqləyiblər. Bildirilib ki, dünyasını dəyişən T. Cəfərova Baş İdarədə xadimə işləyib. O binanın pəncərəsini silərkən ehtiyatsızlıqdan yıxılaraq ölüb.

Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 

Şərhlər