Bakıda kişi borca görə özünü asdı

06.01.2016 12:26     Sosreaksiya     2100

Paytaxtda intihar hadisəsi baş verib. 

"Reaksiya" ANS PRESS-ə istinadən xəbər verir ki, rayonun Səməd Vurğun küçəsində yaşayan 1966-cı il təvəllüdlü Ələmdar Oruc oğlu Salamov özünü yaşadığı evin həyətindəki yarımtikilidən asıb. Onun asılmış meyitini ailə üzvləri aşkar ediblər. Dərhal polis və prokurorluq əməkdaşları hadisə yerinə cəlb edilib.

İlkin ehtimal kimi Ələmdar Salamovun külli-miqdarda borcu olduğu, buna görə belə bir addıma əl atdığı bildirilir.

Özünü asan kişi ailəli olub və heç bir psixi problemləri olmayıb. 

Faktla bağlı Xəzər rayon Prokurorluğunda cinayət məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, hadisənin dəqiq başvermə səbəbləri araşdırılır. 

Şərhlər

Çox oxunanlar