Bakının ən uzun avtobusu xəttə buraxıldı

06.01.2016 12:30     Sosreaksiya     1839

Bakıda marşrut xətlərindən birində 18 metrlik avtobus istifadəyə verilib.

“BakuBus” MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu avtobus 1 saylı marşrut xətti üzrə işləyir: “Biz istirahət günlərində və iş günlərində də bu avtobusun iş rejiminə diqqət edəcəyik. Hazırda həmin avtobus test rejimində xəttə buraxılıb. Bu avtobus da digərləri kimi səhər saatlarında xəttə buraxılır və iş saatının sonunda xidmətini bitirir. 18 metrlik avtobus 1 ədəddir və yanvar ayının sonuna kimi xətdə olacaq. Bu ayın sonunda test rejimi başa çatacaq və onun xətdə qalması yaxud yığışdırılması barədə qərar veriləcək”.

Qeyd edək ki, 1 saylı marşrut xətti üzrə avtobuslar 28 May metrostansiya və Koroğlu metrostansiyası arasında hərəkət edir.

Şərhlər