"Tibbi-Sosial Ekspert Komissiyaları ləğv olunur" - Nazir

06.01.2016 12:50     Sosreaksiya     1554

Azərbaycanın rayonlarında fəaliyyət göstərən Tibbi-Sosial Ekspert Komissiyaları (TSEK) ləğv oluna bilər. “Reaksiya" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov keçirdiyi mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, nazirlikdə bu istiqamətdə iş aparılır: “Keçən ay nazirlikdə keçirilən yeni pilot layihəyə əsasən səyyar komissiyalar özünü təsdiqləyib. Artıq Azərbaycanda əlilliklə bağlı müayinələri ancaq səyyar komissiyalar aparacaq”.

Şərhlər