Nobel prospektindəki tıxacın səbəbi məlum oldu

06.01.2016 12:53     Sosreaksiya     1737

Bakı şəhərinin Xətai rayonu, Nobel prospektində dördzolaqlı avtomobil yolunun iki zolağında hərəkətin məhdudlaşdırılmasının səbəbləri məlum olub. 
"Reaksiya" xəbər verir ki, reportun əldə etdiyi məlumata görə, ərazidə "Ağ Şəhər" layihəsi çərçivəsində yerin altı ilə yüksəkgərginlikli elektrik xətti çəkilir.
 
Məlumata görə, hazırda elektrik xətti çəkilən hissədə yol yatağı bərkidilir, daha sonra isə asfaltlanma işləri aparılacaq. Təxminən 3 km hissədə aparılan işlərin yaxın günlərdə yekunlaşdırılması nəzərdə tutulub. 

Şərhlər