DİN-dən Füzulidə baş verən qətl hadisəsi ilə bağlı - Açıqlama

06.01.2016 12:55     Sosreaksiya     2528

Daxili İşlər Nazirliyi (DİN) Füzuli rayonunda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.

"Reaksiya"nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, yanvarın 5-də Füzuli rayonunun Bala Bəhmənli kəndində yaşayan, əvvəllər məhkum olunmuş Gəncəvi Sadıqov evində ailə-məişət münaqişəsi zəminində arvadı Vüsalə Əsədovaya bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilmiş V. Əsədova orada ölüb. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş G.Sadıqov tutulub.

Faktla bağlı araşdırma aparılır. 

Şərhlər

Çox oxunanlar