3 nəfər dəm qazından boğularaq öldü
06.01.2016 13:15 Sosreaksiya 1882

Azərbaycanda 3 nəfər dəm qazından boğulub.
"Reaksiya"nın DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 5-də paytaxtın Nizami rayonunda yaşayan Nərgiz Aydınova, Xətai rayonunda yaşayan Çingiz Bədəlov və Xaçmaz şəhərində yaşayan Tamilə Təhməzova mənzillərində dəm qazından boğularaq ölüblər.
Faktlarla bağlı araşdırma aparılır.
Şərhlər