“Anama məxsus 30 min dollarlıq qızıl oğurlanıb” - Qətlə yetirilən biznes ledinin qızı

06.01.2016 13:36     Sosreaksiya     1680

Daxili İşlər Nazirliyi (DİN) qızıl alveri ilə məşğul olan qadın iş adamının qətlə yetirilməsi hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

“Reaksiya"nın xəbərinə görə, məlumatda bildirilib ki, yanvarın 5-də Bakı şəhər sakini Məryəm Namidzadənin üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti yaşadığı Nəsimi rayonunun F.Qasımzadə küçəsindəki evində tapılıb. M.Namidzadənin qızı Günel Hüseynova izahatında evdən ona məxsus 30 min ABŞ dolları dəyərində qızıl əşyaların oğurlandığını bildirib.

Nəsimi Rayon Polis İdarəsi (RPİ) tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Şərhlər