Horadiz əməliyyatından 22 il keçir

06.01.2016 13:42     Sosreaksiya     1635

Azərbaycan Ordusunun 1994-cü il yanvarın 5-dən 6-a keçən gecə keçirdiyi uğurlu əməliyyatla Horadiz qəsəbəsi də daxil olmaqla, Füzuli rayonunun 22 yaşayış məntəqəsinin erməni işğalçılarından azad edilməsindən 22 il ötür.

"Reaksiya"nın qafqazinfo.az-a istinadən verdiyi məlumata görə, bu münasibətlə Horadiz şəhərində Heydər Əliyev parkında rayonun idarə, müəssisə, hüquq mühafizə orqanları rəhbərlərinin, ərazidəki icra nümayəndələri, bələdiyyələrin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.

Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bildirib ki, 1993-cü ilin oktyabr ayında tam işğala məruz qalan Füzuli rayonunun 22 yaşayış məntəqəsi Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti, döyüş bölgəsinə gedərək orduda güclü ruh yüksəkliyi yaratması nəticəsində düşməndən azad edilib: “Bu döyüşlərdə ermənilər böyük itkilər verib. Prezident İlham Əliyevin sərəncamları ilə rayon ərazisində 11 Qayıdış, 5 Zobucuq qəsəbələri salınıb, həmin qəsəbələrdə 20 min nəfərdən artıq məcburi köçkün məskunlaşaraq yaşayırlar. Hazırda rayonda Fin quraşdırma evlər şəhərciyinin ərazisində yeni qəsəbənin tikintisi aparılır. Ölkə başçısının sərəncam və tapşırıqlarına uyğun olaraq ərazidə məskunlaşmış əhalinin elektrik enerjisi, su, qaz, yol və başqa məişət qayğıları ödənilib”.

Horadiz əməliyyatından 22 il keçir
Horadiz əməliyyatından 22 il keçir
Horadiz əməliyyatından 22 il keçir
Horadiz əməliyyatından 22 il keçir

 

Şərhlər