Bina uçdu - 4 yaşlı uşaq öldü

06.01.2016 13:56     Sosreaksiya     2083

Gürcüstanın Kutaisi şəhərində çoxmərtəbəli binada qəza baş verib.

"Reaksiya"nın APA-ya istinadən məlumatına görə, Konstantin Qamsaxurdiya küçəsində binanın beton konstruksiyasının uçması nəticəsində küçədə hərəkət edən ana və uşaq yaralanıb. Onlar xəstəxanaya yerləşdiriliblər. Lakin hadisə nəticəsində ciddi xəsarət alan 4 yaşlı uşağı xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib. Ananın vəziyyəti isə qənaətbəxşdir. 

 Olay yerinə xilasetmə xidməti və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Fakt üzrə Gürcüstan CM-nin 116-cı maddəsi ilə (ehtiyatsızlıqdan adam öldürmə) cinayət işi qaldırılıb, araşdırma aparılır. 

Şərhlər