Üşüdüyünə görə arvadını öldürən kişi - Həbs edildi

06.01.2016 14:55     Sosreaksiya     2207

Füzuli rayonunda 32 yaşlı arvadını öldürən kişi saxlanılıb.

"Reaksiya" Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, yanvarın 5-də Füzuli rayonunun Bala Bəhmənli kəndində yaşayan, əvvəllər məhkum olunmuş Gəncəvi Sadıqov evində ailə-məişət münaqişəsi zəminində arvadı Vüsalə Əsədovaya bıçaqla xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilmiş V.Əsədova orada ölüb. RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş G.Sadıqov tutulub.

Qeyd edək ki, “Qafqazinfo”ya daxil olan məlumata görə, Vüsalə Əsədova evin istilik sistemindən şikayətlənərək, ona soyuq olduğunu bildirib. Bu şikayət isə Gəncəvi Sadıqovun xoşuna gəlməyib və birincinin ölümü ilə nəticələnib.

Şərhlər