Rektor Misir Mədəniyyət Mərkəzində görüşdə olub

06.01.2016 15:49     Sosreaksiya     1769

Bu gün Bakı Slavyan Universitetinin rektoru professor Asif Hacıyev Misir Ərəb Respublikasının Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində görüşdə olub.

"Reaksiya" xəbər verir ki, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Dr. Ahmed Sami Elaydi Mərkəzin Azərbaycanda fəaliyyəti haqqında geniş məlumat verib və iki dövlət arasında mədəni əlaqələrinin genişlənməsində böyük rol oynamasından bəhs edib.

Öz növbəsində Bakı Slavyan Universitetinin rektoru professor Asif Hacıyev dəvət üçün Mərkəzin rəhbərinə öz təşəkkürünü bildirərək Mərkəzin Azərbaycanın elm ocaqları ilə əməkdaşlığını yüksək qiymətləndirib.

Bundan başqa Bakı Slavyan Universiteti ilə Misir universitetləri arasında müqavilələrin bağlanması, misirli elm xadimlərinin məqalələrinin universitetdə nəşr olunan elmi xəbərlər jurnalında dərci, tələbə və müəllim heyətinin mütəmadi olaraq Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzini ziyarət etməsi, bir çox sahələri əhatə edən zəngin kitabxanadan istifadə etmələri barədə təkliflər irəli sürülüb.

Şərhlər