İlhamiyyə Rza ANS-də veriliş aparacaq

06.01.2016 16:53     Sosreaksiya     1779

Tanınmış jurnalist İlhamiyyə Rza ANS-də veriliş aparacaq.

"Reaksiya" AzNews.az-a istinadən xəbər verir ki, İ.Rza “Nəzər nöqtəsi” verilişinə aparıcılıq edəcək. 

ANS-in marketinq şöbəsinin rəhbəri Nigar Zeynalova faktı təsdiqləyib: “Bu gün müzakirə edildi. Qərar verildi ki, verilişi İlhamiyyə Rza aparsın”.

Məlumat üçün bildirək ki, veriliş həftə içi hər gün 20:30-da yayımlanır. Verilişin aparıcısı Eldəniz Elgündür. 

Şərhlər