“Azərbaycan” nəşriyyatından qəzetlərə zərbə - qiymətlər kəskin artırıldı
06.01.2016 17:54 Sosreaksiya 1896

“Azərbaycan” nəşriyyatı il ərzində iki devalvasiyadan sonra onsuz da çətin durumda olan, yayımla bağlı ciddi problemlər yaşayan qəzetlərə zərbə sayıla biləcək addım atıb.
"Reaksiya" musavat.com-a istinadən xəbər verir ki, nəşriyyat çap etdiyi qəzetlərin redaksiyasına məktub yollayaraq, qiymətləri birdən-birə 25% artırdığını bildirib. Maraqlıdır ki, məktub yanvarın 6-da göndərilsə də, qiymətlərin yanvarın 5-dən artırıldığı elan edilib.
Şərhlər