Məktəbin direktor müavini özünü yandırdı - Neftçalada
07.01.2016 13:00 Sosreaksiya 2437

"Reaksiya" APA-ya istinadən xəbər verir ki, hadisə bu gün Neftçala şəhər 4 saylı orta məktəbdə qeydə alınıb.
Məktəbin təsərrüfat işləri üzrə direktor müavini, 1952-ci il təvəllüdlü Alik Mustafa oğlu Novruzov məktəbin qazanxanasında özünə od vurub. Məktəbin kollektivinin səyi nəticəsində alov söndürülüb və o dərhal xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.
Polisdən həmçinin bildirilib ki, A. Novruzovun külli miqdarda borcu var. O buna görə özünə qəsd edib.
Faktla bağlı Neftçala Şəhər Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.
Şərhlər