“İşğala, Terrora və Əsassız İddialara Qarşı Beynəlxalq Form”un növbəti iclası keçirildi

07.01.2016 13:46     Sosreaksiya     1685

“İşğala, Terrora və Əsassız İddialara Qarşı Beynəlxalq Formun” Azərbaycandan olan təşkilatların növbəti iclası keçirilib.

"Reaksiya" xəbər verir ki, iclasın gündəliyinə Forumun təşkilati məslələri, Türkiyə, Azərbaycan, Gürcüstan dövlət başçılarına müraciətlərin imzalanması, üç dövlətin Ədliyyə, Xarici İşlər və Diaspora Komitələrinə forumun yaranması barəsində məlumatlandırmaq, forumun növbəti toplantısının Türkiyədə keçirilməsi məsələləri müzakirə olunub.

İclasda təşkilati məsələlər müzakirə edilərək “İşğala, Terrora və Əsassız İddialara Qarşı Beynəlxalq Form” Azərbaycan üzrə kordinatorluğa namizədlikləri açıq səsvermə yolu ilə müəyyən edilərək, Mehriban Abdullayeva, Radə Abbas, Akif Kərimov, Akif Nağı, Sərraf Orucov, Vüqar Qədirov, Mehdi Mehdiyev, Mətanət Əsgərqızı, Füruzə Əsədullayeva, Emin Həsənli seçiliblər.

Daha sonra “İşğala, Terrora və Əsassız İddialara Qarşı Beynəlxalq Form”un mətbuat xidmətinin rəhbəri vəzifəsinə “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Mətanət Əsgərqızı təyin olunub.

İclasda həmçinin HDP millət vəkili, siyasi partiyanın rəhbəri Səlahəddin Dəmirtaşın Rusiya dövlətinə səfəri zamanı PKK Terror təşkilatının silahla təmin olunması ilə müraciət etməsi müzakirə edilərək pislənilib.

Şərhlər