Azərbaycanda zəlzələ olub
08.01.2016 10:07 Sosreaksiya 1801

Azərbaycanda zəlzələ olub.
"Reaksiya" APA-ya istinadən xəbər verir ki, zəlzələ yanvarın 8-də 04.45-də Saatlıdan 37 km şimali-şərqdə, Hacıqabul rayonu ərazisində qeydə alınıb.
Yeraltı təkan 3.1 maqnitudada, 47 km dərinlikdə baş verib.
Zəlzələ hiss olunmayıb.
Şərhlər