Novruz bayramı ərəfəsində əfvetmə olacaq

08.01.2016 11:01     Sosreaksiya     1642

Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı, budəfəki bayramda da ölkə başçısının humanisitlik nümayiş etdirəcəyi gözlənilir.

"Reaksiya" Modern.az-a istinadən xəbər verir ki, bayram ərəfəsində imzalanacaq əfv sərəncamı böyük sayda məhbusa şamil olunacaq. Eyni zamanda bildirilir ki, budəfəki əfvdə uzun müddətdir azadlığa çıxacağı gözlənilən jurnalistlərin də adı olacaq.

Xatırladaq ki, prezident İlham Əliyevin 29 dekabr 2015-ci ildə, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində imzaladığı sərəncamla 210 məhbus azadlığa çıxıb.

Şərhlər