Ramil Usubov nazirin qardaşı oğlunu işdən çıxardı

08.01.2016 11:09     Sosreaksiya     2002

Azərbaycanın daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

"Reaksiya" report-a istinadən xəbər verir ki, Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinin (PB) rəisi, polis polkovnik-leytenantı Natiq Camalov işdən çıxarılaraq sərəncama götürülüb.

Onun yerinə hələ təyinat olmayıb.

9-cu Polis Bölməsinin rəisi vəzifəsi müvəqqəti olaraq rəis müavini, polis mayoru Amil Qurbanova tapşırılıb.

Qeyd edək ki, N.Camalov müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı oğludur.

Şərhlər