Türkiyə səfirliyindən viza ilə bağlı - Açıqlama
08.01.2016 11:57 Sosreaksiya 1901

"Hazırda Türkiyə ilə Azərbaycan arasında viza rejiminin tətbiqi gözlənilmir".
"Reaksiya" report-a istinadən xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfirliyindən bildiriblər.
Səfirlikdən bildirilib ki, Türkiyənin Azərbaycan vətəndaşlarına viza tətbiqi edəcəyi haqda mətbuatda yayılan xəbərlər həqiqətə uyğun deyil: "Azərbaycan vətəndaşları turist kimi vizasız ölkəmizə 30 günlük səyahət edə bilərlər".
Qeyd edək ki, ötən gün Türkiyə KİV-i 89 ölkəyə, o cümlədən Azərbaycana 2016-сi ilin iyunundan viza tətbiq ediləcəyi haqda xəbər yayıb.
Şərhlər