Ər arvadını qətlə yetirdi - Bərdədə

08.01.2016 13:28     Sosreaksiya     2041

Bərdə rayonunda qətl hadisəsi baş verib. 

"Reaksiya" APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Tumaslı kəndində qeydə alınıb. 1981-ci il təvəllüdlü Zülfüqar Rəhimov, həyat yoldaşı 1983-cü il təvəllüdlü Gülnaz Rəhimovanı bıçaqlayıb. 3 uşaq anası aldığı bıçaq zərbəsindən hadisə yerində ölüb.

Z. Rəhimovun yaxınları onu polis əməkdaşlarına təslim edib.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda cinayət işi açılıb araşdırma aparılır.

Şərhlər