Taxıl Kombinatının direktoru öldürüldü - Bakıda
08.01.2016 13:56 Sosreaksiya 1975

"Reaksiya"nın APA-ya istinadən məlumatına görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Qalib Bağırov yaşadığı evdə qətlə yetirilib.
Hüquq-mühafizə orqanlarından APA-ya bildirilib ki, qətlə yetirilən Taxıl Kombinatının direktorudur.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çıxıb.
Hazırda hadisə yerində araşdırmalar davam etdirilir.
Şərhlər