Elnur Nağızadə işdən çıxmasından danışdı

08.01.2016 15:59     Sosreaksiya     2078

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadə vəzifəsindən çıxarılmasına aydınlıq gətirib.

"Reaksiya" xəbər verir ki, E.Nağızadə APA-ya açıqlamasında bildirib ki, öz ərizəsi ilə TQDK-dan çıxıb. 

O qeyd edib ki, fəaliyyətini başqa sahədə davam etdirmək istədiyi üçün TQDK-dan ayrılıb.

Qeyd edək ki, E.Nağızadə 2005-ci ildən etibarən TQDK-da çalışıb.

Şərhlər