Möhlət hüququ verən xarici ali məktəblərin siyahısı Nazirlər Kabinetinə göndərildi

08.01.2016 16:48     Sosreaksiya     1809

Təhsil Nazirliyi hərbi xidmətdən möhlət hüququ verən xarici ali təhsil müəssisələrinin siyahısını Nazirlər Kabinetinə göndərib.

"Reaksiya" APA-ya istinadən xəbər verir ki, siyahıda “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nda yer alan bütün xarici ali təhsil müəssisələri, eyni zamanda nüfuzlu reytinq siyahılarında adı olan ali məktəblərin adı yer alıb. Eyni zamanda, Rusiya, Ukrayna, Gürcüstan universitetlərinin filiallarının hamısının adı siyahıdan çıxarılıb. 

Şərhlər

Çox oxunanlar