Əli Əhmədovun qohumuna vəzifə verildi
08.01.2016 17:04 Sosreaksiya 1921

Sübhan Kazımov "Azərpoçt" MMC-nin baş direktorunun səlahiyyətlərinin müvəqqəti icraçısı təyin edilib.
"Reaksiya" Trend-ə istinadən xəbər verir ki, S.Kazımov "Azərpoçt"da 2002-ci ildən işləyir. O əvvəlcə MMC-nin Texniki şöbəsinin müdiri vəzifəsində çalışıb. 2004-cü ilin iyulundan isə "Azərpoçt" MMC-nin baş direktorunun müavini vəzifəsini tutur.
Qeyd edək ki, S. Kazımov baş nazirin müavini Əli Əhmədovun bacısı oğludur.
Şərhlər