Otelə silahlı hücum - ölən və yaralananlar var
09.01.2016 00:26 Sosreaksiya 2056

Misirin kurort şəhəri olan Hurqadada hoteldə silahlı insident baş verib.
"Reaksiya"nın APA-ya istinadən verdiyi məlumata görə, naməlum şəxslər hotelə daxil olaraq atəş açıb.
Hadisə nəticəsində 3 turist yaralanıb. Polis hotelə hücum edən 3 silahlını məhv edib.
Kurort şəhərin bütün giriş-çıxışı polis tərəfindən nəzarətə götürülüb. Hələlik heç bir qruplaşma hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.
Şərhlər