Bakıda civəni 20 min dollara satanlar tutuldu

09.01.2016 13:37     Sosreaksiya     2026

Bakıda civə satan şəxslər saxlanılıb.

"Reaksiya" Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini İsmayıl Quliyev və Bakı şəhər sakini Ayaz Davidov 196 qr ağ civəni 20 000 ABŞ dollarına satarkən tutulub.

Faktla bağlı araşdırma aparılır. 

Şərhlər

Çox oxunanlar