Zakir Qaralov prokuroru işdən çıxardı

11.01.2016 12:11     Sosreaksiya     1741

Zərdab rayon prokuroru işdən çıxarılıb. 

"Reaksiya" xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə Zərdab rayon prokuroru Süleyman Süleymanov rayon prokurorluğunun işinin təşkilində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilib. 

Qeyd edək ki, bir müddət əvvəl Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya bildirilmişdi ki, icra və əmək intizamının, eləcə də  prokurorluq əməkdaşlarına qarşı tələbkarlığın  vəziyyətinin aşağı səviyyədə olması ilə əlaqədar Baş Prokurorluğun müvafiq komissiyası tərəfindən Zərdab rayon prokurorluğunun fəaliyyəti kompleks şəklində yoxlanılır.

Şərhlər