Naxçıvanda “donuz” qripinə yoluxma faktı qeydə alınmayıb - RƏSMİ
11.01.2016 13:23 Sosreaksiya 1787

Naxçıvan Muxtar Respublikasında “donuz” qripinə yoluxma faktı qeydə alınmayıb.
"Reaksiya" xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın direktoru Rakif Abdullayev Trend-ə bildirib ki, indiyədək aparılan analizlərin nəticələrinə görə, Azərbaycanda “donuz qripi” virusu aşkarlanmayıb: “Ümumiyyətlə, bizə mövsümi qriplə bağlı analizlər həmişə daxil olur. Xəstəxanalardan bizə daxil olan nümunələr yoxlanılır və virusun olub-olmamasının cavabı deyilir. Amma “donuz qripi” ilə bağlı heç bir müsbət hadisə olmayıb, cavabların hamısı mənfi olub, yəni heç bir virus aşkarlanmayıb”.
Şərhlər