Məlumat Hesablama Mərkəzinin direktoru işdən çıxarıldı
11.01.2016 13:32 Sosreaksiya 2370

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat-Hesablama Mərkəzinin (MHM) direktoru Nail Mərdanov tutduğu vəzifədən uzaqlaşdırılıb.
"Reaksiya" xəbər verir ki, bu barədə "APA-Economics"ə MHM-dən məlumat verilib.
Bildirilib ki, N.Mərdanovla yanaşı onun müavini Nazim Mədətov da işdən çıxarılıb.
N.Mədətovun yerinə Elnar Əsədov təyin olunub. E.Əsədova eyni zamanda MHM-in direktoru vəzifəsinin müvəqqəti icrası təmin olunub.
Şərhlər