Sosial şəbəkədə yeni kampaniya - Üçrəngli bayraqla - FOTOLAR

28.06.2015 01:10     Sosreaksiya     3808

Sosial şəbəkədə azərbaycanlı gənclərin təşəbbüsü ilə yeni virtual kampaniya başlayıb.

Bu barədə Reaksiya.Az-a bildirən yazar Rüfət Əhmədzadə kampaniyanın məqsədini izah edib: "Mark Zükerberqin profilin şəklini LGBT bayrağı ilə şəffaf fonda dəyişməsindən sonra, bəziləri ABŞ-dakı hadisəni qabardaraq, sürü psixologiyası ilə öz profil şəklini LGBT fonuna dəyişdi və milli-mənəvi dəyərlərə qarşı yersiz hücumlar başladı. Biz ilk əvvəl aqressiya göstərməsək də, getdikcə ölkəmizdə cinsi azlıqların əzilməsi kimi uydurma iddialar ortaya atıldı və uzun-uzadı mübahisələr yaranmış oldu. Ölkəmizdəki tolerantlıqdan danışmağa ehtiyac yoxdur, lakin mən və mənim kimi düşünən şəxslər gündəmi bu cür mövzularla işğal edib təbliğat kampanyalarının aparılmasına qarşıyıq. Hazırda belə təbliğatlar təxribata çevrilmək təhlükəsi daşıyır, hər kəsin də homoseksualları dəstəkləməyə borcu yoxdur. İfadə azadlığı əsas tutulursa, biz də özümüzü bu cür ifadə edirik. Profil şəklimizə Azərbaycan bayrağının üç rəngini, yəni öz rənglərimizi qoymaqla isə vətənpərvərliyin təbliğini irəli çəkməyə çalışırıq. I Avropa Oyunlarının bağlanış mərasimi öncəsi bunu vacib addım saymaq olar".

Artıq bir neçə "Facebook" istifadəçisi öz şəklini Azərbaycan bayrağının şəffaf fonunda profilinə yerləşdirib. Bir neçəsini təqdim edirik,

Şərhlər

Çox oxunanlar