Prospektdəki qəza sıxlığa səbəb oldu
11.01.2016 14:36 Sosreaksiya 1921

Bakının Ziya Bünyadov prospektinin Heydər Əliyev prospekti ilə kəsişməsinin yaxınlığında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkət sıxlığı müşahidə olunur.
"Reaksiya" APA-ya istinadən xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Sürücülərə alternativ olaraq Heydər Əliyev prospektindən istifadə etmələri tövsiyə olunur.
Şərhlər