Təhsil Nazirliyində kadr dəyişikliyi edildi

11.01.2016 14:43     Sosreaksiya     1701

Azərbaycan Təhsil Nazirliyində (TN) kadr dəyişikliyi aparılıb.
 
"Reaksiya" xəbər verir ki, Trend-in əldə etdiyi məlumata görə, Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdiri Fərzəli Qədirov bu vəzifədən azad edilib. O, TN-nin Aparat rəhbərinin müavini vəzifəsinə təyin edilib.
 
TN-nin İnsan resursları şöbəsinə isə həmin şöbənin müdir müavini olan İlham Nağıyev təyin edilib.
 
Bununla yanaşı, TN-də bəzi şöbələrin, sektorların adları dəyişdirilib, ilk peşə ixtisası təhsili ayrı sektor kimi yaradılıb.
 
TN-nin KİV və QHT-lərlə iş sektorunun yeni adı İctimiayyətlə əlaqələr sektoru olub.

Şərhlər