İtkin düşən neftçilərdən daha birinin cəsədi tapıldı
11.01.2016 15:30 Sosreaksiya 2722

Bu gün Xəzər dənizinin Türkmənistan sektorunda daha bir cəsəd aşkar edilib, bu haqda Azərbaycan tərəfinə məlumat verilib.
"Reaksiya" APA-ya istinadən xəbər verir ki, hazırda gəmiyə qaldırılmış cəsəd sahilə aparılır. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin və “Azneft” İstehsalat Birliyinin əməkdaşları tərəfindən cəsədin tanınması və respublikamıza gətirilməsi üçün tədbirlər görülür.
Dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 və ''Günəşli'' yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.
Şərhlər