İcra başçısının şalvar qadağasına - Rəsmi reaksiya

11.01.2016 15:52     Sosreaksiya     1693

Təhsil Nazirliyi Sumqayıtın icra başçısı Zakir Fərəcovun müəllimələrə şalvar geyinməyi qadağan etməsi ilə bağlı xəbərə aydınlıq gətirib.

"Reaksiya" xəbər verir ki, AzVision.az-a nazirlikdən bildirilib ki, şagirdlərdən fərqli olaraq pedaqoji fəaliyyətlə məşğul olan müəllimlər üçün hər hansı geyim forması müəyyənləşdirilməyib.

“Bununla belə, məktəb rəhbərləri tərəfindən hər bir müəllimin pedaqoji etika və estetikaya uyğun olmayan, həmçinin şagirdlərin tərbiyəsinə mənfi təsir edən geyimlərinə icazə verilmir. Qadın müəllimlərin şalvar geyinmələrinə Təhsil Nazirliyi tərəfindən hər hansı qadağa qoyulmayıb. Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən məktəb, müəllim və şagirdlərlə aparılan iş barədə Nazirliyə həmin qurumdan hər hansı müraciət daxil olmayıb”.

Şərhlər