Sabah neftçilər anılacaq

12.01.2016 09:39     Sosreaksiya     1854

N!DA Vətəndaş Hərəkatı vətəndaşları anım gününə dəvət edir.

"Reaksiya" xəbər verir ki, 13 yanvar 2016-cı il tarixində "Günəşli" yatağında və Neft Daşlarında neftçilərin həlak olmasına və itkin düşməsinə səbəb olan faciədən 40 gün ötür.

Bu məqsədlə hərəkat hər kəsi 13 yanvar saat 12:00-dan etibarən Bulvarda saat qülləsinin yanında dəniz kənarına qərənfillər düzməyə çağırır.

Şərhlər