11 yaşlı uşaq intihar etdi - ŞOK

12.01.2016 10:50     Sosreaksiya     2245

Azərbaycanda dəhşətli intihar hadisəsi baş verib.

"Reaksiya" APA-ya istinadən xəbər verir ki, Beyləqan Rayon Polis Şöbəsinin məlumatına görə, Füzuli rayon Şəkərli kənd sakini, Beyləqan ərazisində Fin qəsəbəsində məskunlaşmış 11 yaşlı Qara Ağayev evlərində özünü asıb. İntiharın səbəbləri məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Şərhlər