Məktəbli qız intihar etdi - Bərdədə

12.01.2016 11:18     Sosreaksiya     1992

Bərdədə intihar hadisəsi baş verib.

"Reajksiya" APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Hacıalı kəndində qeydə alınıb. Kənd sakini, 1999-cu il təvəllüdlü Aytac Zamin qızı Surxaylı yaşadığı ünvanda özünü asıb. Onun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil.

Polisdən həmçinin bildirilib ki, A. Surxaylı orta məktəb şagirdi olub.

Faktla bağlı Bərdə Rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

 

Şərhlər