Naxçıvan Səhiyyə Nazirliyindən "donuz qripi" ilə bağlı - Açıqlama

12.01.2016 11:35     Sosreaksiya     1776

Naxçıvan Muxtar Respublikası (MR) Səhiyyə Nazirliyi Naxçıvan MR-də “donuz qripi”nin yayılması barədə son günlər mətbuatda gedən xəbərlərə münasibət bildirib.

"Reaksiya" APA-ya istinadən xəbər verir ki, MR Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi Təhlükəli İnfeksiyalarla Mübarizə və Sanitar Karantin Nəzarəti şöbəsi tərəfindən MR-in sərhəd keçid məntəqələrində karantin tədbirlər görülür, digər ölkələrdən gələn şəxslər üzərində tibbi müşahidələr aparılır.

Naxçıvan Səhiyyə Nazirliyi bildirir ki, bu günə qədər MR-in səhiyyə müəssisələrinə müraciət edən kəskin respirator infeksiyalı xəstələrdən götürülən laborator analizlərin nəticələrində “donuz qripi” (H1N1) virusu aşkar edilməyib. Görülmüş tədbirlər nəticəsində MR-də epidemioloji durum tam stabildir.

   

Şərhlər

Çox oxunanlar