Məktəblərdə ixtisar gözlənilirmi? - Rəsmi mövqe
12.01.2016 12:29 Sosreaksiya 1751
Azərbaycan Təhsil Nazirliyi büdcəyə qənaət etmək məqsədi ilə orta məktəblərdə bəzi ştatların ləğv oluna bilməsi ehtimalına aydınlıq gətirib.
"Reaksiya" xəbər verir ki, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri İlham Nağıyev Trend-ə bildirib ki, məktəblərdə ştatların ləğv edilməsi və işçilərin ixtisar edilməsi nəzərdə tutulmur: “Belə bir plan hələ ki, yoxdur. Məktəblərdə ştatların, yaxud müəllimlərin ixtisarı olmayacaq”.
Şərhlər