İntihar etmək istəyənləri fikirlərindən daşındırıblar - YENİLƏNİB

12.01.2016 13:37     Sosreaksiya     1889

Ağcabədi rayonunda intihara cəhd edən üç nəfər fikrindən daşındırılıb.

"Reaksiya"nın APA-ya istinadən xəbərinə görə, Ağcabədi şəhərində 5 mərtəbəli yaşayış binasının damına çıxaraq özünü oradan atacağını deyən şəxslər hüquq-mühafizə orqanlarının əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin apardıqları danışıqlardan sonra aşağı eniblər.

***

13:20

Ağcabədi rayonunda üç nəfər intihara cəhd edir.

"Reaksiya"nın APA-ya istinadən xəbərinə görə, Ağcabədi şəhərində 3 nəfər 5 mərtəbəli yaşayış binasının damına çıxaraq özünü oradan atacaqlarını deyir.

 Xocavənd və Ağdam rayon sakinləri olduğu deyilən 20-25 yaşlarında üç oğlanı fikrindən daşındırmaq üçün hüquq-mühafizə orqanlarının əməkdaşlar, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə yerinə gəliblər.
  Hazırda intihara cəhd edən şəxsləri fikirlərindən daşındırmaq üçün söhbət aparılır.

 

Şərhlər